Ucar rayon Mərkəzi kitabxanası

Ucar rayon MKS
Tədbirlər
15 Noyabr , 2016

Ucar  rayon  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi  kitabxanası  tərəfindən əhalinin istirahətinin  mənalı  və maraqlı  keçməsi məqsədilə, “ Səyyar kitabxana “ xidməti təşkil olunub.Bu məqsədlə kitabxana  kollektivi mərkəzi  xəstəxanada olub.Tədbirin keçirilməsi  kitaba və mütaliəyə  marağın artırılması, eləcə də rayonun turizm  imkanlarının  təbliği məqsədini daşıyır.” Səyyar kitabxana “ başlığı altında tədbirdə Mərkəzi xəstəxananın həkimlərindən: Pərvanə Hüseynova,Əfraim Məmmədov,tibb bacısı Şəfaqət Abbasova,Aybəniz Əliyeva və başqaları iştirak etdilər.

Ucar  rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi  rayonda yaşayan qaçqınlar və məcburi köçkünlərlə ğörüş keçirib.Görüşün məqsədi“Səyyar kitabxana”nın xidmətindən danışıldı. “Səyyar kitabxana”nın  fəaliyyəti davam edir və davam etməkdədir.

Foto Qalereya