Ucar rayon Mərkəzi kitabxanası

Ucar rayon MKS
Tədbirlər
16 Noyabr , 2017

Ucar rayon Mərkəzi kitabxanada 16.11.2017 – ci il tarixində Azərbaycanın mütəfəkkir şairi,dramaturq Hüseyn Cavidin 135 illiyi ilə əlaqədar “ Hüseyn Cavid – 135 “başlığında ədəbi – bədii gecə keçirildi.Gecəni İsmayılova Nuranə açdı.

   Azərbaycanın görkəmlı şairi Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən yazıçılardan biridir.O,XX əsr Azərbaycan mütərəqqi romantizminin baninilərindən biri olub.Hüseyn Cavidin “İblis”,”Şeyx Sənan”,”Peyğənbər”,”Afət”,”Ana”,”Topal Teymur”,”Azər”,”Səyavuş” və başqa ölməz əsərlərində dövrün ümumbəşəri böyük ictimai,siyasi və mədəni əhəmiyyətə malik problemləri öz əksini tapmışdır.

   Tədbirdə Əhmədova Yasəmən,Əliyeva Səma,Həsənova İradə,Həsənova Sədaqət,Bədəlova Əsli çıxış etdilər.Şəhər 3 saylı orta məktəbin 9 – cu sinif şagirdləri Məmmədov Sabir,Kərimov İslam,Mahmudov Elsun və başqaları çıxış etdilər.

Foto Qalereya